Bu gün Azərbaycanın ürəyi 'Qarabağ'la döyünəcək

İDMAN
11:30 01.08.2013
1346

Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda bu gün İsveçin “Gefle” komandası ilə qarşılaşacaq “Qarabağ” azarkeşlərdən dəstək istəyib.

Qol.Az-ın xəbərinə görə, klub bütün futbolsevərləri Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmaya çağırıb.

“Biz “Gefle”ni məğlub etmək əzmindəyik. Amma bunun üçün azarkeşlərimizin dəstəyi də vacibdir. Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda tribunaların ağzınadək dolacağına inanırıq” – deyə klubdan bildirilib.

Xatırladaq ki, “Qarabağ” – “Gefle” oyunu bu günsaat 21.00-da başlanacaq.

OXŞAR XƏBƏRLƏR