Ölkənin ən böyük tələbə təşkilatı olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Fransada azərbaycanlı tələbələrin döyülməsi (şiddətə məruz qalmaları) ilə əlaqədar bu gün Fransanın Bakıdakı səfirliyi və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Bakı ofisinin qarşısında aksiya keçirəcək.Saat 15:00-da Fransa səfirliyinin qarşısında toplaşacaq tələbə - gənclər azərbaycanlı tələbələrin Fransada təhlükəsizliklərinin təmin olunmasını və baş vermiş hadisə ilə bağlı rəsmi Parisin açıqlama verməsini tələb edəcəklər. Aksiya bu məqsədlə hazırlanmış xüsusi qətnamənin oxunulması ilə yekunlaşacaq.Saat 17:00-da isə ATƏT-in Bakı ofisinin qarşısında analoji aksiya keçiriləcək.