Bu gün Bakıda güclü külək əsəcək

Bu gün Bakıda güclü külək əsəcək
08:08 05.02.2013
1368
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 1-5, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR