Bu gün Bakının 551 küçəsi yuyulub

Bu gün Bakının 551 küçəsi yuyulub
SOSİAL
18:23 15.03.2025
187
Bu gün "Konstitusiya və Suverenlik İli” çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə paytaxtın Nərimanov rayonu ərazilərində ümumşəhər iməcliyi və ağacəkmə aksiyası keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, səhər saatlarından etibarən İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 551 əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına səs verən müəssisə, idarə və təşkilatların kollektivləri, fərdi sahibkarlar və özəl sektor nümayəndələri, şəhər sakinləri də icra qurumlarının əməkdaşları ilə birlikdə iməclikdə yaxından iştirak ediblər.
OXŞAR XƏBƏRLƏR