Martın 27-si dünyada Beynəlxalq Teatr Günü qeyd olunur.
AZXEBER.COM xəbər verir ki, bu qərar Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilən IX konqresində qəbul edilib.
Hər il bu əlamətdar günlə bağlı nüfuzlu incəsənət xadimləri dünya ictimaiyyətinə müraciət edirlər. Bu ənənənin əsasını qoyan - ilk dəfə dünya ictimaiyyətinə Teatr Günü münasibəti ilə mesaj göndərən fransalı yazıçı Jan Kokto (1962-ci il) olub.
Beynəlxalq Teatr Günü ilə əlaqədar dünyada, o cümlədən respublikamızda fəaliyyət göstərən teatrlarda hər il müxtəlif tədbirlər keçirilir, tamaşalar nümayiş olunur.
Ölkəmizdə isə mart ayının 10-u - Azərbaycan milli teatrının əsası qoyulan günü teatrsevərlər Milli Teatr Günü kimi qeyd edirlər.
İlk dəfə 1873-cü il martın 10-da Bakı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundovun "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyulub.










































