Bu gün bəzi yerlərdə işıq olmayacaq

Bu gün bəzi yerlərdə işıq olmayacaq
SOSİAL
11:36 08.11.2018
3609
Abşeron rayonunun Saray, Yeni Saray və Ceyranbatan qəsəbələrinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

"Azərişıq” ASC-dən AZXEBER.COM-a verilən məlumata görə, Abşeron rayonu ərazisində dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar olaraq bu gün saat 12.30-dan 14.30-a qədər məhdudiyyət tətbiq ediləcək.

Yaranmış narahatçılığa görə "Azərişıq” ASC İstehlakçılardan üzr istəyir.
OXŞAR XƏBƏRLƏR