Bu gün BMT-də Baş Assambleyasında yüksəksəviyyəli debatlar başlayır

Bu gün BMT-də Baş Assambleyasında yüksəksəviyyəli debatlar başlayır
DÜNYA
09:23 23.09.2025
451
Bu gün BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatlar başlayır.

AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, dünya liderlərinin Baş Assambleyanın kürsüsündə çıxışları sentyabrın 30-a kimi davam edəcək. 150-dən çox dövlət və hökumət başçısı və onları müşayiət edən nümayəndə heyətləri BMT Baş Assambleyanın 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka gediblər. Artıq yüksəksəviyyəli həftəyə hazırlıq prosesi yekunlaşıb. Nyu-York şəhər Polis Departamenti polis qüvvələrinin sayını artırıb və gücləndirilmiş iş rejiminə keçib.

Şəhərdə təhlükəsizlik tədbirləri artırılıb. Tədbirlərə kortejlər, dronlar, helikopterlər, patrul xidməti və əsas küçələrin bağlanması daxildir.

Üzv 193 ölkədən aparıcı media orqanları tədbiri işıqlandırmaq üçün BMT-də qeydiyyatdan keçib.

Yüksəksəviyyəli həftəni BMT Baş Katibi Antonio Quterreş və BMT Baş Asambleyasının builki Prezidenti Annalena Berbok giriş nitqi ilə açacaqlar. Daha sonra ənənəvi olaraq ilk çıxışı Braziliya Prezidenti Luiz İnasio Lula de Silva edəcək. Braziliyanın ilk çıxış ənənəsi BMT-nin ilk illərindən başlayıb. O zaman qlobal münaqişədən sonra üzv dövlətlər kimin ilk danışacağı ilə bağlı razılığa gələ bilmədiklərinə görə Braziliya ilk olaraq danışmağı təklif edib və 1955-ci ildən bu ənənə davam edir.

Daha sonra ABŞ Prezidenti Donald Tramp ev sahibi olaraq kürsüyə çıxacaq.

"Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə" mövzusuna həsr olunmuş sessiyada Rusiya-Ukrayna müharibəsi, Qəzzada vəziyyət, Fələstin məsələsi, dayanıqlı inkişaf məqsədləri, iqlim böhranı kimi mövzulara xüsusi diqqət ayrılacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
17:12 18.09.2026
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
17:08 18.09.2026
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
16:55 18.09.2026
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
16:47 18.09.2026
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
16:38 18.09.2026
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
16:31 18.09.2026
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
16:17 18.09.2026
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
Nigeriyada mədən faciəsi: Ölənlər var
15:57 18.09.2026
Nigeriyada mədən faciəsi: Ölənlər var
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
15:54 18.09.2026
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
15:48 18.09.2026
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
15:41 18.09.2026
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
15:34 18.09.2026
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
15:30 18.09.2026
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş
15:04 18.09.2026
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş