Təsdiqlənmiş plana və təlimata uyğun olaraq bu gün Mingəçevir şəhərində 10 min kubmetr tutumlu mərkəzi su anbarında yuyulma və dezinfeksiya işləri aparılacaq.
AZXEBER.COM bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.
Məlumata görə, bununla əlaqədar gün ərzində şəhərə içməli suyun verilməsində fasilə olacaq.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.