Bu gün bu ərazilərdə işıq olmayacaq

Bu gün bu ərazilərdə işıq olmayacaq
SOSİAL
12:07 28.09.2018
5739
Bu gün bir sıra ərazilərdə elektrik enerjisi kəsiləcək.

"Azərişıq” ASC-dən AZXEBER.COM-a verilən məlumata görə, bu gün saat 12.00-dan 14.30-a qədər 110 kv-luq I Binəqədi hava elektrik verilişi xəttində aparılan yenidənqurma işləri ilə əlaqədar Abşeron rayonu Xırdalan şəhərinin 25, 26, 28-ci məhəllələri, Quşçuluq Massivi, AAAF Park, kənd Xırdalan, Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə "Azərişıq” ASC İstehlakçılardan üzr istəyir.
OXŞAR XƏBƏRLƏR