Bu gün Bulvarda konsert olacaq

MƏDƏNİYYƏT
13:00 15.06.2013
6688

Qurtuluş günü ilə bağlı bu gün Milli Parkda bayram konserti və atəşfəşanlıq olacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.Məlumata görə, müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə qayıtmasının 20 illiyi - Milli Qurtuluş Günü münasibətilə iyunun 15-də saat 21:00-da Dənizkənarı Milli Parkda, Saat Qülləsinin yanında tanınmış incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı keçiriləcək.Konsert proqramı başa çatdıqdan sonra isə möhtəşəm atəşfəşanlıq olacaq.Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini və şəhərimizin qonaqlarını möhtəşəm bayram şənliyinə dəvət edir.

OXŞAR XƏBƏRLƏR