Bu gün də yoluxanların sayı artdı

Bu gün də yoluxanların sayı artdı
SOSİAL
15:42 08.10.2020
1205

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 191 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZXEBER.COM a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 41 304 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 39 012 nəfər müalicə olunaraq sağalıb, 603 nəfər vəfat edib, aktiv xəstə sayı 1 689 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 280, ötən müddət ərzində isə ümumilikdə 1 156 938 test aparılıb.

OXŞAR XƏBƏRLƏR