Bu gün dolların kəskin ucuzlaşması gözlənilir

Bu gün dolların kəskin ucuzlaşması gözlənilir
İQTİSADİYYAT
12:00 27.03.2017
2076

ABŞ fond birjaları başda olmaqla dünya fond indeksləri və dolların məzənnsində bu gün, martın 27-də sərt ucuzlaşmanın olacağı gözlənilir. 

Buna səbəb martın 24-də ABŞ-da "Obamacare" kimi tanınan eks-prezident Barak Obamanın başladığı səhiyyə islahatlarının ləğv edilməsi barədə Donald Trampın vəd etdiyi qərara öz partiyasından olan siyasətçilərin qarşı çıxması və nəticədə, qərarın qəbul edilməməsi olub. Baş verən hadisə maliyyə bazarlarında şok effekti yaradıb. Qlobal maliyyə bazarı iştirakçıları Trampın vergi islahatları və fiskal xərcləri artırmaq barədə planlarına da şübhə ilə yanaşmağa başlayıblar. Nəticədə, ABŞ dolları bu gün səhər saatlarında demək olar ki, bütün dünya valyutaları ilə müqayisədə ucuzlaşmağa başlayıb. Belə ki, USD/EUR 0,55% artaraq 1,0860, USD/GBP 0,57% artaraq 1,2545, JPY/USD isə 1,07% azalaraq 110,20 səviyyəsinə çatıb.

Xatırladaq ki, ABŞ-ın yeni prezidentinin seçki öncəsi platformasında səslənən fiskal xərclərin artırılması və vergi islahatları qərarlarının baş tutacağı ehtimalları ilə 10% bahalaşan ABŞ fond indekslərində bu gün kəskin azalmanın olması qaçılmazdır. Hazırda "Dow Jones" indeksində fyuçers kontraktları 0,8% və ya 160 bənd ucuzlaşıb. "Report"un analitik qrupu bu azalmanın axşam saatlarına qədər daha da artacağını proqnozlaşdırır. Həmçinin, ABŞ dolları üzrə ucuzlaşmanın davam edəcəyi və əsas valyuta cütlüyü USD/EUR-un 1,10-a yaxınlaşacağı ehtimal edilir.

Azərbaycan manatı üçün dolların ucuzlaşması müsbət hadisə kimi qiymətləndirilsə də, daha çox neft qiymətlərinin dəyişməsi amili əsas götürülür. Dolların ucuzlaşması normal şərtlər daxilində neftin qiymətini artmasına səbəb olsa da, hazırda dünya neft hasilatının artması neft qiymətlərini 50 dollar/barelə qədər enməsinə səbəb olub. "Report"un analitikləri bütün bunlara baxmayaraq, sabah Bakıda keçiriləcək valyuta hərracında dolların məzənnəsinin bir qədər düşəcəyini proqnozlaşdırır.

///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda 7 ay əvvəl dənizdə batdığı ehtimal edilən şəxs sağ tapıldı
19:12 15.05.2025
Bakıda 7 ay əvvəl dənizdə batdığı ehtimal edilən şəxs sağ tapıldı
Uşaq oyun meydançaları ilə bağlı texniki reqlament təsdiq ediləcək
18:59 15.05.2025
Uşaq oyun meydançaları ilə bağlı texniki reqlament təsdiq ediləcək
Avropa çempionu antidopinq qaydalarını pozduğuna görə yarışlardan kənarlaşdırılıb
18:43 15.05.2025
Avropa çempionu antidopinq qaydalarını pozduğuna görə yarışlardan kənarlaşdırılıb
Karlo Ançelotti üç məşhur braziliyalı futbolçunun millidəki taleyi ilə bağlı qərar verib
18:31 15.05.2025
Karlo Ançelotti üç məşhur braziliyalı futbolçunun millidəki taleyi ilə bağlı qərar verib
London ICAO-nun Rusiya ilə bağlı qərarını "tarixi" hesab edir
18:20 15.05.2025
London ICAO-nun Rusiya ilə bağlı qərarını "tarixi" hesab edir
Tramp: Qətər "Əl-Udeyd" aviabazasına 10 milyard dollar ayıracaq
18:09 15.05.2025
Tramp: Qətər "Əl-Udeyd" aviabazasına 10 milyard dollar ayıracaq
Tanınmış fotoqraf Valeh Arifoğlu fəxri üzvü seçildi
17:59 15.05.2025
Tanınmış fotoqraf Valeh Arifoğlu fəxri üzvü seçildi
Lavrov: Zelenski yazıq adamdır
17:57 15.05.2025
Lavrov: Zelenski yazıq adamdır
SOCAR-da yeni təyinat: Vasif Əmirova yüksək vəzifə verildi
17:49 15.05.2025
SOCAR-da yeni təyinat: Vasif Əmirova yüksək vəzifə verildi
İstanbulda danışıqların başlama vaxtı hələ bəlli deyil
17:30 15.05.2025
İstanbulda danışıqların başlama vaxtı hələ bəlli deyil
Konyada 5,2 maqnitudalı zəlzələ olub
17:27 15.05.2025
Konyada 5,2 maqnitudalı zəlzələ olub
“AXC-nin qurulmasında iştirak etmiş böyük şəxsiyyətlərimizin ruhu şaddır” - Gülər Mübariz yazır
17:08 15.05.2025
“AXC-nin qurulmasında iştirak etmiş böyük şəxsiyyətlərimizin ruhu şaddır” - Gülər Mübariz yazır
Müğənni Nigar Rəhimovanın "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilməsinin TƏFƏRRÜATI
16:59 15.05.2025
Müğənni Nigar Rəhimovanın "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilməsinin TƏFƏRRÜATI
Qəzzada ölənlərin sayı 53 mini keçdi
16:54 15.05.2025
Qəzzada ölənlərin sayı 53 mini keçdi
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başladı
16:44 15.05.2025
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başladı
Tramp: Putinlə görüşüm olmadan Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş mümkün deyil
16:43 15.05.2025
Tramp: Putinlə görüşüm olmadan Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş mümkün deyil