Bu gün Dünya Çempionatında cənubi amerikalıların dueli olacaq

İDMAN
18:37 28.06.2014
1410
Bu gün DÇ-2014-ün 1/8 final mərhələsinə start veriləcək.
AZXEBER.COM xəbər verir ki, ilk oyun günündə keçiriləcək iki oyunla 1/4 finalçılardan ikisinin adına aydınlıq gələcək.
İlk olaraq meydana Braziliya və Çili komandaları çıxacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Digər oyunda isə Kolumbiya Uruqvayla üz-üzə gələcək. Bu görüş isə Bakı vaxtı ilə saat 01:00-da start götürəcək.
28 iyun
1/8 final
21:00. Braziliya - Çili
01:00. Kolumbiya - Uruqvay (iyunun 28-dən 29-na keçən gecə)
OXŞAR XƏBƏRLƏR