Bu gün dünyanın tanıdığı xalq 1000 ildən sonra olmayacaq

MARAQLI
10:59 22.05.2012
1985

Yapon tədqiqatçılar qorxulu bir statistika aşkara çıxarıblar. Belə ki, min ildən sonra bu ölkənin yerli əhalisi doğum səviyyəsinin son dərəcə aşağı olması səbəbindən yer üzündən tamamilə silinə bilər. Bu barədəTrendRusiya KİV-ə istinadən yazır.

"Senday şəhərinin alimlərinin məlumatına görə, 14 yaşınadək uşaqların hazırkı sayı 16,6 milyon nəfər təşkil edir və hər 100 saniyədən bir 1 uşaq azalır. Bu məntiqlə min ildən sonra Yaponiyada ümumiyyətlə uşaq qalmayacaq", - İnoPressa Yosukazu Tsunonun "The Times" qəzetində dərc olunmuş məqaləsinə istinadən xəbər verir.

Öz növbəsində Toxoku Universitetinin professoru Xirosi Yosida qeyd edir ki, əgər enmə templəri saxlanarsa, 3011-ci il 5 may tarixində qeyd olunan Milli Uşaqlar Gününə təkcə bir uşaq qalacaq. Lakin 100 saniyədən sonra artıq bir uşaq da olmayacaq.

OXŞAR XƏBƏRLƏR