Bu gün “Eurovision” Müsabiqəsinin Məşvərət qrupunun iclası keçiriləcək

MARAQLI
10:27 07.10.2011
1664

Oktyabrın 7-də Cenevrədə “Eurovision” Mahnı Müsabiqəsinin Məşvərət qrupunun növbəti iclası keçiriləcək. Toplantıda "Eurovision-2012" Mahnı Müsabiqəsinin təşkilati məsələləri, o cümlədən şounun keçiriləcəyi məkanla bağlı müzakirələr olacaq. Məşvərət qrupu buna qədər iki iclasını keçirib. Avqustun 31-i sentyabrın 1-də Bakıda keçirilən toplantıda 57-ci “Eurovision” Mahnı Müsabiqəsinə hazırlıq prosesi barədə təqdimatlar olub, gələcəkdə görüləcək işlər bir daha nəzərdən keçirilib. Xatırladaq ki, “Eurovision Mahnı Müsabiqəsi-2012”nin yarımfinal mərhələləri mayın 22-24-də, final mərhələsi isə mayın 26-da Bakıda olacaq.

“Eurovision 2012”nin hazırda Bakıda, Dövlət Bayrağı Meydanı ərazisində tikintisi üçün hazırlıq işləri gedən “Bakı Kristal Zalı”nda keçiriləcəyi gözlənir. “Eurovision 2012” mahnı müsabiqəsinin Bakıda keçirilməsi üzrə təşkilat komitəsinə ölkənin birinci xanımı Mehriban Əliyeva sədrlik edir. Komitənin üzvləri nazirlər Elmar Məmmədyarov, Ramil Usubov, Şahin Mustafayev, Əbülfəs Qarayev, Əli Abbasov, Azad Rəhimov, paytaxt meri Hacıbala Abutalıbov, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev, “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov, prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadədir.

OXŞAR XƏBƏRLƏR