Bu gün futbol üzrə İspaniya Kubokunun qalibi müəyyənləşəcək

Bu gün futbol üzrə İspaniya Kubokunun qalibi müəyyənləşəcək
İDMAN
14:05 26.04.2025
249
Bu gün futbol üzrə İspaniya Kubokunun qalibi müəyyənləşəcək.

Final matçında "Real" və "Barselona" komandaları üz-üzə gələcək.

Sevilyadakı Olimpiya stadionunda gerçəkləşəcək qarşılaşma Bakı vaxı ilə saat 00:00-da başlayacaq.

"Barselona" İspaniya Kubokunu ən çox qazanmış komandadır. Kataloniya təmsilçisi 31 dəfə kubokun qalibi olubsa, "Real"da bu rəqəm 20-dir.

Qeyd edək ki, İspaniya Kubokunun son qalibi "Atletik" komandası olub.
OXŞAR XƏBƏRLƏR