'Bu gün gündəmdə olan kişi müğənnilərin kişi sponsorları var'

MAQAZİN
12:00 01.03.2013
2440

Gənc müğənni kəskin danışdı

Gənc müğənni Mirkamil Heydərov sponsorlu müğənnilərdən danışıb. O bildirib ki, bugünkü gün gündəmdə olan bir çox müğənnilərin sponsoru var.

Mirkamil çəkinmədən şou-biznesin yazılmamış qanunlarından da danışdı: “Sponsor olmasaydı bəzi istedadsız və toyları olmayan bəzi müğənnilər şou proqramlardan 5-10 manat qazanmaqla 60-70 minlik avtomobil sürməzdilər. Maraqlıdır ki, sponsorlu müğənnilərin arasında bəzi kişi müğənnilər də var. Onlara pul buraxan bəylər nə üçün dəstək olurlar, deyə bilmərəm. Amma təkcə onu deyə bilərəm ki, elin gözu tərəzidir və tamaşaçı hər şeyi görür” – deyə, müğənni açdı sandığı, tökdü pambığı.

OXŞAR XƏBƏRLƏR