Bu gün günlərdən - "Qarabağ"

İDMAN
13:25 22.07.2014
962

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” növbəti sınağına çıxacaq.

Ağdam klubu səfərdə 1:0 hesabı ilə məğlub etdiyi Malta çempionu “Valletta”nı sınağa çəkəcək. Üstünlüyünü qorumağa, mümkün qədər artırmağa çalışacaq Qurban Qurbanovun yetirmələri mərhələ adlamaq iddiasındadır.

“Qarabağ” zəif “Valletta” səddini adlasa, növbəti mərhələdə Avstriyanın “Zalsburq” klubu ilə görüşəcək. Maltalıları mübarizədən kənarlaşdırmaq ən azı daha 4 avrokubok matçı keçirmək deməkdir. Çünki “Zalsburq”la III təsnifat mərhələsindəki qələbə “Qarabağ”ı Çempionlar Liqasının, məğlubiyyət Avropa Liqasının növbəti mərhələsinə daşıyacaq.

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunu

22 iyul

21:30. “Qarabağ” (Azərbaycan) – “Valletta” (Malta)

Baş hakim:Sergey Sinkeviç

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

İlk oyun – 1:0

OXŞAR XƏBƏRLƏR