Bakı şəhəri Binəqədi rayonunun Biləcəri qəsəbəsində elektrik paylayıcı şirkəti tərəfindən yüksək gərginlikli elektrik xətlərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar ərazidə yerləşən 4 saylı kanalizasiya-nasos stansiyasına elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq. Bununla əlaqədar bu gün Biləcəri və Binəqədi qəsəbələrinə, eləcə də Abşeron rayonunun Xırdalan şəhərinin bəzi yerlərinə içməli su müəyyən fasilələrlə veriləcək.
Bu barədə APA-ya «Azərsu» ASC-nin mətbuat xidməti şöbəsindən məlumat verilib.
Yaranacaq narahatlıqla əlaqədar «Azərsu» abunəçilərdən üzr istəyir.