Bu gün havanın dumanlı və yağmursuz olacağı gözlənilir
09:33 10.03.2013
818
Bu gün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Havanın temperaturu gecə 2-5° isti, gündüz 9-14° isti olacaq. Bakıda gecə 3-5° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 85-90 faiz, gündüz 70-75 faiz təşkil edəcək.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə zəif duman, havanın temperaturunun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.Yuxarı Qarabağ, Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın əsasən yağmursuz olacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı, temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10°, bəzi yerlərdə 15°-dək isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 11-16° isti, dağlarda gecə 1-6° şaxta, yüksək dağlıq ərazilərdə 8-13° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16°, bəzi yerlərdə 19°-dək isti olacağı gözlənilir.