Bu gün havanın temperaturu 29 dərəcəyə yüksələcək

DÜNYA
07:48 08.04.2013
1306
Həftənin ilk iş günündə bəzi yerlərdə 25 dərəcəyədək isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, bu gün hava əsasən yağmursuz olacaq. Bakıda və Abşeron yarımadasında səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Temperatur gecə 8-13, gündüz 18-23, bəzi yerlərdə 25 dərəcəyədək isti olacaq. Bakıda gecə 9-11, gündüz 20-22 dərəcəyə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Havanın temperaturu gecə 6-11, gündüz 19-24 dərəcə isti olacaq.

OXŞAR XƏBƏRLƏR