Bu gün külək dayanacaq

Bu gün külək dayanacaq
SOSİAL
10:18 31.03.2018
4790

İki gündür Azərbaycanda davam edən güclü külək bu gün dayanacaq.

Azxeber.com xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə martın 31-i günün ikinci yarısından başlayaraq hava şəraiti mülayimləşəcək.

Qeyd edək ki, martın 29-u gecədən başlayan güclü küləkli hava şəraitinin hələ də davam edir. Şimal-qərb küləyinin sürəti 18-23, arabir 25-30, Abşeron yarımadasının bəzi yerlərində isə arabir 32-35 m/s-dək güclənib. 

OXŞAR XƏBƏRLƏR