Bu gün Məhəmməd peyğəmbərin (s) vəfatı günüdür

MARAQLI
11:34 11.01.2013
2957

Bu gün Məhəmməd peyğəmbərin (s) vəfatı günüdür.

AZXEBER.COM xəbər verir ki, Məhəmməd peyğəmbər (s) Miladi təqvimilə 570, yaxud 571-ci il Rəbiül-əvvəl ayının 17-də dünyaya göz açıb.Məhəmməd Peyğəmbər (s) Məkkədən Mədinəyə hicrət edib və hicrətin 54-cü ilində vəfat edib.Məhəmməd peyğəmbərin (s) İslam dininin banisi, müsəlmanlar tərəfindən Allahın elçisi (Rəsulullah), Peyğəmbərlərin möhürü (xətəmun-nəbiyin), əsl dinin başlıca və axırıncı peyğəmbəri hesab olunur.Onun ömrünün sonları belə xatırlanır:Hicrətin 9-cu ilində (miladi tarixi ilə 632-ci ildə) Məhəmməd peyğəmbər özünün son, vida ibadətinə gedib və bütün müqəddəs yerləri ziyarət edib. Son ziyarətini başa vurmuş Məhəmməd Mədinəyə qayıdır. Bu zaman ömrünün bu dünyada yaşanacaq səksən günü qalır.Həccdən iki ay ötdükdən sonra Peyğəmbər xəstələnir. Xəstəliyi şiddətli olur. Güclü baş ağrıları və yüksək hərarət onu göz açmağa qoymur. Amma buna baxmayaraq o, namazını ötürmür və bütün namazları məsciddə qılır.Peyğəmbər dünya ilə hər haqq-hesabı üzməyə, ruhuna yük ola biləcək hər şeydən təmizlənməyə çalışır. Onsuz da o öz cəfakeşliyi ilə ömrünü hər cür ləkədən qorumuşdu. Buna baxmayaraq narahat idi.Bir gün o, soruşur ki, mənim heç kimə borcum yoxdur? Borcum varsa, deyin, mən onu ödəməmiş dünyadan köçə bilmərəm. Özündən sonra borc qoyub gedən kəs o biri dünyada həmin borcun cavabını verməli, onu ödəməli olur. Çünki hər şeyin haqq-hesabı çəkilir.Bir kişi ayağa qalxıb dedi:- Ey Peyğəmbər, sən mənə bir dirhəm borclusan. Yadındadırmı, sənin üçün odun yarmışdım? Əvəzində mənə bir dirhəm verməliydin.Peyğəmbər Ayişəni çağırıb elə bu dəqiqə kişinin borcunu verməyi tapşırır.Özünə məxsus nəyi vardısa, hamısını yoxsulların arasında bölüşdürür. Qənaət edib yığdığı yeddi dinarı da imkansızlara paylayır.Miladi tarixilə 632-ci ilə Peyğəmbərin xəstəliyi bir az da şiddətlənir.Peyğəmbərsə deyirdi:“Bağışla məni, Allahım, bağışla, əfv et məni. Sənin yanında olmaq istəyirəm, ey mənim hökmdarım”.

OXŞAR XƏBƏRLƏR