Bu gün namizədlər üçün son gündür

Bu gün namizədlər üçün son gündür
Bütün Xəbərlər
12:31 09.09.2013
630

Namizədlər bu gün saat 18:00-dək imza vərəqlərini komissiyaya təqdim etməlidirlər

Mərkəzi Seçki Komissiyasının (MSK) prezidentliyə namizədlərə imzatoplama kampaniyası üçün verdiyi vaxt bu gün başa çatır. Bu barədə ANS PRESS-ə MSK-nın mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, prezidentliyə namizədlər bu gün saat 18:00-dək imza vərəqlərini komissiyaya təqdim edə bilərlər. Xatırladaq ki, indiyə qədər İlham Əliyevin, Cəmil Həsənli, İqbal Ağazadə, Zahid Oruc və bir neçə namizədin imza vərəqləri MSK-ya təqdim olunub.

OXŞAR XƏBƏRLƏR