Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 27 376 vaksin vurulub.
AZXEBER.COM xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 345, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 739, "buster” doza üzrə isə 22 292 vaksin vurulub.
Vurulan vaksinlərin ümumi sayı 11 648 496, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 198 072, ikinci mərhələ üzrə 4 712 091 nəfər təşkil edir. Ümumilikdə isə 1 739 333 "buster” doza vurulub.