Bu gün Putin və Paşinyan Moskvada görüşəcək

Bu gün Putin və Paşinyan Moskvada görüşəcək
DÜNYA
09:30 12.10.2021
259
Bu gün Rusiya prezidenti Vladimir Putin Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq. Tərəflər Qarabağa dair razılaşmaların həyata keçirilməsini müzakirə edəcəklər.
 
AZXEBER.COM Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı 9 noyabr(10 noyabr – red.) 2020 və 11 yanvar 2021-ci il tarixli bəyanatların həyata keçirilməsi, eləcə də bölgədə sabitliyi gücləndirmək və iqtisadi əlaqələrin qurulması üçün gələcək addımlar müzakirə ediləcək.

Bundan başqa, danışıqlar zamanı Putin və Paşinyan Avrasiya məkanında ikitərəfli əlaqələrin inkişafı və inteqrasiya birliklərində qarşılıqlı fəaliyyətin aktual məsələlərini nəzərdən keçirəcəklər.

Bu il Putin və Paşinyan artıq üç dəfə şəxsi görüş keçirib və 10 dəfədən çox telefonla danışıblar. Onlar sonuncu dəfə iyulun 7 -də Moskvada danışıqlar aparıblar.
OXŞAR XƏBƏRLƏR