UEFA Çempionlar Liqası: "Qarabağ" bu gün "Çelsi" ilə üz-üzə gələcək

UEFA Çempionlar Liqası: "Qarabağ" bu gün "Çelsi" ilə üz-üzə gələcək
İDMAN
08:56 05.11.2025
206
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turunda "Qarabağ" növbəti oyununa çıxacaq.

AZXEBER.COM xəbər verir ki, təmsilçimiz İngiltərənin "Çelsi" klubu ilə üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də start götürəcək.

Qeyd edək ki, "Qarabağ" növbəti oyununu noyabrın 26-da səfərdə "Napoli" klubuna qarşı keçirəcək.

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində üç oyundan sonra 6 xal toplamağı bacarıb.

5 noyabr

UEFA Çempionlar Liqası

IV tur

Saat 21:45, "Qarabağ" - "Çelsi".
OXŞAR XƏBƏRLƏR