Bu gün “Qarabağ” Çempionlar Liqasında ilk matçına çıxır

İDMAN
18:16 15.07.2014
1156
Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsi start götürəcək. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində Azərbaycanı təmsil edən “Qarabağ” da ilk sınağına çıxacaq.

Tarixində ilk dəfə bu yarışa qatılan Ağdam təmsilçisi Maltanın “Valletta” klubu ilə üz-üzə gələcək. Qurban Qurbanovun yetirmələri bu görüşə səfərdə çıxacaq.

Zəif cırtdan ölkə təmsilçisi ilə qarşılaşmanın aşkar favoriti olan “Qarabağ” son illər Avropa Liqasında nail olduğu uğurları burada da davam etdirməyə çalışacaq. Son 7 səfər matçını qolsuz tərk etməyən ağdamlıların adada da bu seriyanı davam etdirəcəyi inandırıcı görünür.

Qeyd edək ki, Bakıdakı cavab oyunu iyulun 22-də baş tutacaq.

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

15 iyul

21:30. “Valletta” (Malta) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Adrien Jakkottet (İsbeçrə)

Ta-Qali milli stadionu

OXŞAR XƏBƏRLƏR