Bu gün “Qarabağ” “Gent”in qonağı olacaq

İDMAN
09:45 23.02.2023
263
Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin yekununda "Qarabağ” Belçikada "Gent”lə qarşılaşacaq.

AZXEBER.COM xəbər verir ki, matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

"Gelamko Arena”da keçiriləcək qarşılaşmanın baş hakimi Uilyam Kollam olacaq. Onu Frensis Konnor və David Rum müşaiyət edəcəklər.

"Köhlən atlar” iki oyunun nəticəsilə qalib gələcəyi təqdirdə 1/8 final mərhələsinə yüksəldəcək.

Qeyd edək ki, hazırda "Qarabağ” meydana ciddi itkilərlə çıxacaq. Qapıçı Şahruddin Məhəmmədəliyev, müdafiəçi Abbas Hüseynov və yarımmüdafiəçi Marko Yankoviç zədə səbəbindən oyunu buraxacaqlar. Meydan sahiblərinin isə yarımmüdafiəçi Endryü Hülsager zədəyə görə iştirak ərizəsinə salınmayıb.
OXŞAR XƏBƏRLƏR