“Bu gün “qırmızı” diplom alanların heç bir üstünlüyü yoxdur” – Rektordan maraqlı AÇIQLAMA

“Bu gün “qırmızı” diplom alanların heç bir üstünlüyü yoxdur” – Rektordan maraqlı AÇIQLAMA
SOSİAL
17:25 27.01.2022
1010

"Bu gün "qırmızı” diplom əmək bazarında heç bir üstünlük təmin etmir”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov bildirib.

Rektor sosial şəbəkə hesabından, Sovet dövründən günümüzə miras qalmış "qırmızı diplom”ların heç bir mənasının olmadığını yazıb:

"Sovet dönəmində müəyyən tələblərə cavab verən məzunlara "qırmızı” (fərqlənmə) diplom verilirdi. Qırmızı rəngin də xüsusi mənası vardı. Eləcə də, "qırmızı” diplom digərlərilə müqayisədə onun sahiblərinin daha üstün olduqlarını göstərirdi. Bu gün "qırmızı” diplom əmək bazarında heç bir üstünlük təmin etmir. Vərdiş və bacarıqlar əvəzinə qiymətlər uğrunda tələbələrdə yanlış motivasiya yaradır. Amma buna baxmayaraq hələ də "qırmızı” diplom verilir. Uğurlar! Hər şey daha da yaxşı olacaq!”.

OXŞAR XƏBƏRLƏR