Bu gün 'Qızıl top'un sahibi bəlli olacaq

İDMAN
08:17 07.01.2013
1628
Bu gün FİFA dünyanın ən yaxşı kişi və qadın futbolçusunun, eləcə də, ən yaxşı məşqçisinin adını açıqlayacaq.AZXEBER.COM-un məlumatına görə, “Qızıl top”un təqdim olunması mərasimi Sürixdə keçiriləcək.Hələ oktyabrda FİFA ən populyar idman növündə ən nüfuzlu mükafata iddia edən 23 futbolçunun siyahısını açıqlamışdı. Səsvermə yolu ilə “Qızıl top”a ən real üç namizəd müəyyənləşdirildi. Bundan Madrid “Real”ının lideri Kriştianu Ronaldu, “Barselona”nın yarımmüdafiəçisi Andres İnyesta və Kataloniya klubunun hücumçusu Lionel Messidir.Lionel Messi “Qızıl top”un üçqat sahibidir. O, ötən bu göstərici ilə əfsanəvi Mişel Platini, Yohan Kroyff və Marko van Bastenə çatdı. İndiyədək heç bir futbolçu bu nüfuzlu mükafata dörd dəfə sahib ola bilməyib. 2012-ci ildə bir neçə rekorda birdən imza atan Lionel Messi tarixə “Qızıl top”a dörd dəfə sahib olan ilk futbolçu kimi də düşə bilər.Mütəxəssislərin fikrincə, “Barselona” ötən mövsüm nə İspaniya çempionatında, nə də Çempionlar Liqasında birinci ola bilməsə də, Lionel Messi “Qızıl top”u alacaq.Lionel Messinin “Qızıl top” uğrunda əsas rəqibi İspaniya millisinin tərkibində ikinci dəfə Avropa çempionu titulunu qazanan və “Barselona”nın aparıcı yarımmüdafiəçilərindən sayılan Andres İnyestadır.

OXŞAR XƏBƏRLƏR