Bu gün suyun verilişində məhdudiyyət olacaq

Bu gün suyun verilişində məhdudiyyət olacaq
09:07 08.02.2013
1002
Bu gün Bakının Yasamal rayonunun bir hissəsində içməli suyun verilişində məhdudiyyət olacaq. “Azərsu” ASC mətbuat mərkəzinin məlumatına görə bu, rayona çəkilmiş su xəttinin əsas şəbəkəyə qoşulması ilə əlaqədardır.“İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri Yasamal rayonu M.Müşfiq küçəsində yeni çəkilmiş 500 mm diametrli magistral su xətti şəbəkəyə qoşulacaq. Bununla əlaqədar fevralın 8-də (bu gün) gün ərzində Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşenli, M.Müşfiq küçələrinə, eləcə də Parlament prospektinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq” – deyə açıqlamada bildirilib.
OXŞAR XƏBƏRLƏR