Türkiyədə yeni növ koronovirusdan (COVID-19) bu gün daha 125 nəfər ölüb.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca tvitter hesabında bildirib.
Nazir deyib ki, son 24 saatda 4801 nəfərin cavabı pozitiv çıxıb.
Qeyd edək ki, Türkiyədə yeni növ koronavirusdan indiyədək 1643 nəfər ölüb, 74193 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1854 nəfəri reanimasiyadadır, 7089 nəfərin isə müalicəsi müsbət nəticə verib.