Bu gün tutulan rəis 2 il öncə arvadını bıçaqlamışdı - FOTO

Bu gün tutulan rəis 2 il öncə arvadını bıçaqlamışdı - FOTO
SOSİAL
14:32 14.11.2019
11269

Pensiya ödəmələri ilə bağlı 100 minlik yeyintidə ittiham olunan DSMF-nin Sabirabad rayon şöbəsinin rəisi Bayram Mikayılov iki il öncə arvadını bıçaqlamaqda təqsirləndirilib.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, B.Mikayılov Dövlət Məşğulluq Xidmətinin  Saatlı rayon şöbəsinin rəisi olarkən, yəni 2017-ci ildə arvadı Gülnarə Cəbrayılovanı bıçaqlamaq ittihamı ilə gündəmə gəlmişdi. 

Belə ki, həmin ilin yanvarın 26-da B.Mikayılov paytaxtın Xətai rayonunda arvadının avtomobilinin qarşısını kəsərək onu öldürməklə hədələyib. Bir saata yaxın davam edən mübahisəyə kənar şəxslər sakitləşdirmək üçün müdaxilə edib. Bu zaman şöbə rəisi B.Mikayılov bıçaq çıxararaq onu vurub. Ətrafdakı şəxslər yaralı qadını maşına oturdaraq xəstəxanaya çatdırıblar. Həkimlərin müdaxiləsindən sonra onun həyatını xilas etmək mümkün olub.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılmışdı. Mayın 5-də B.Mikayılov təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb edilib və saxlanılaraq Xətai rayon Müvəqqəti Saxlanma Yerinə təhvil verilmişdi. Lakin həmin zaman məhkəmə onu həbs etməkdən imtina edərək polisin nəzarətinə vermişdi.
 
Bayram Mikayılov isə həmin zaman sözügedən sayt ilə əlaqə saxlayaraq ittihamı qəbul etmədiyini, bütün bunları həyat yoldaşının əmisi, Laçın rayonunun keçmiş icra başçısı Ramiz Cəbrayılovun işi olduğunu iddia etmişdi.

B.Mikayılov bu hadisədən sonra, 2019-cu ilin aprel ayında DSMF-nin Sabirabad rayon şöbəsinə rəis təyin edilib. Onun hər iki vəzifədə olduğu vaxt mətbuatda barəsində şikayət məzmunlu xeyli yazı yayımlanıb. Bu ilin sentyabr ayında vəzifədən çıxarılıb.

 

B.Mikayılov 2017-ci ilin əvvəlində Saatlı rayon sakini Elşən Allahyarovu direktor otağında qəbul edərək aşağılayıcı sözlərlə təhqir etməsi haqda video yayılmışdı. Sonradan nazirlik bu məlumatı təkzib edərək görüntülərin B.Mikayılovun otağında çəkilmədiyini bildirmişdi. 

B. Mikayılov sayta bildirib ki, məlum video yayılandan sonra o, məhkəməyə müraciət edib: "Həmin videonun montaj olması, mənə aid olmaması haqda məhkəmənin qərarı var".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
18:36 28.06.2025
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
17:49 28.06.2025
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
17:35 28.06.2025
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
17:21 28.06.2025
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
17:05 28.06.2025
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
16:49 28.06.2025
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
Cümşüd evin tək övladı imiş… - VİDEO
16:44 28.06.2025
Cümşüd evin tək övladı imiş… - VİDEO
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
16:23 28.06.2025
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
16:21 28.06.2025
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
16:16 28.06.2025
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
15:57 28.06.2025
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
15:45 28.06.2025
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu
15:28 28.06.2025
Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu
Lerikdə qardaşlar qonşunun arvadını döydülər
15:14 28.06.2025
Lerikdə qardaşlar qonşunun arvadını döydülər
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
14:51 28.06.2025
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
14:46 28.06.2025
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb