Ucarda gün ərzində 2 yanğın hadisəsi baş verib.
AZXEBER.COM xəbər verir ki, ilk hadisə rayonun Xalac kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, Məhərrəmov Azər Abdulxalıq oğluna məxsus 500 ədəd ot bağlaması yanıb.
Digər hadisə isə rayonun Alpout kəndində baş verib. Kənd sakini, Əliyev Əlirza Mehdiqulu oğluna məxsus ümumi sahəsi 150 m² olan tövlənin 50 m² hissəsi və 1,5 ton ot bağlaması yanıb.
Yanğınlar FHN-in Ucar Rayon Yanğından Mühafizə Hissəsinin bölmələri tərəfindən söndürülüb.