Bu gün UEFA Çempionlar Liqasının final oyunu keçiriləcək

Bu gün UEFA Çempionlar Liqasının final oyunu keçiriləcək
DÜNYA
10:01 01.06.2024
171
Bu gün ən nüfuzlu futbol tirnirlərindən biri olan UEFA Çempionlar Liqasının final matçı baş tutacaq.

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, İspaniyanın "Real Madrid” klubu ilə Almaniyanın "Borussiya Dortmund” klubu üz-üzə gələcək.

Oyun Londondakı "Uembli” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu final Çempionlar Liqası tarixində 69-cu olacaq. Turnirin ən titullu klubu "Real Madrid”dir, komanda 14 dəfə kuboku qazanıb, həmçinin üç dəfə Avropanın ən nüfuzlu klub yarışmasının finalında çıxış edib.
Madridlilər sonuncu dəfə 2022-ci ildə Çempionlar Liqasının qalibi olmuşdu, o zaman komanda həlledici görüşdə İngiltərənin "Liverpul”unu (1:0) məğlub etmişdi.

"Borussiya” isə 1997-ci ilin finalında bir dəfə Çempionlar Liqasının qalibi olub, komanda İtaliya "Yuventus”undan güclü olub (3:1). 2013-cü ildə də "Borussiya” finala çıxsa da, Almaniyanın "Bavariya”sına uduzub (1:2).
OXŞAR XƏBƏRLƏR