Bu gün Ukraynada 7 humanitar dəhlizin açılması gözlənilir

Bu gün Ukraynada 7 humanitar dəhlizin açılması gözlənilir
DÜNYA
14:10 02.04.2022
289
Bu gün Ukraynada mülki əhalinin təxliyəsi üçün 7 dəhlizin açılması gözlənilir.
 
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk bildirib.

O, mühasirədə qalan Mariupoldan hökumətin nəzarətindəki Zaporejye şəhərinə əhalinin təxliyəsi üçün açılacaq dəhlizin də bu siyahıda olduğunu qeyd edib.

Ötən gün Ukraynanın şəhərlərindən ümumilikdə 6 266 nəfərin təxliyə edildiyi vurğulanıb.
OXŞAR XƏBƏRLƏR