Bu gün Xədicə İsmayılın məhkəməsi başlayır

SİYASƏT
01:03 09.10.2014
1067

Oktyabrın 9-da Binəqədi rayon məhkəməsində Sədrəddin Hacıyev sədrliyi ilə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) keçmiş üzvü, Elman Həsənovun (Türkoğlu) “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıla qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesi başlayır.

Elman Türkoğlu Xədicə İsmayılı şərəf və ləyaqətini təhqir edib, ona böhtan atdığı iddiası ilə Binəqədi rayon məhkəməsinə müraciət edib.

Elman Türkoğlu (Həsənov) Xədicə İsmayılın Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.

OXŞAR XƏBƏRLƏR