Bu gündən bayramla əlaqədar satış yarmarkaları başlayır

MAQAZİN
10:00 16.03.2013
1853

Bu gündən etibarən Bakıda Novruz bayramı ilə əlaqədar təşkil olunan ərzaq və kənd təsərrüfatı mallarının satışı yarmarkaları fəaliyyətdə olacaq.

İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, yarmarkalar martın 20-dək davam edəcək. Satış Yarmarkalarının keçiriləcəyi yerlərə gəlincə isə, yarmarkalar Binəqədi rayonu Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə Litseyinin həyətində, Xətai rayonu Bakı kinoteatrının yanı, Nərimanov rayonu Əliyar Əliyev küçəsi 26, “Bakı Taxıl” ASC-nin ərazisi, Nəsimi rayonu “Təzə bazar”ın ərazisi, Səbail rayonu Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı,Suraxanı rayonu Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 2, Yeni Günəşli qəsəbəsi, “Günəş” ticarət mərkəzinin yanı, Yasamal rayonu Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yanında olacaq. Qeyd edək ki, İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sahibkarlarla birgə təşkil olunan yarmarkaların keçirilməsində məqsəd əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınmasıdır.

OXŞAR XƏBƏRLƏR