Bu gündən Rusiya rəsmi olaraq “Açıq Səma Sazişi”ndən çıxır

Bu gündən Rusiya rəsmi olaraq “Açıq Səma Sazişi”ndən çıxır
DÜNYA
23:43 18.12.2021
489
Rusiya dekabrın 18-də "Açıq Səma Sazişi”ndə iştirakını rəsmən dayandırıb.

Rusiya ilə vahid qrupa daxil olan Belarusda isə sazişdə iştirakın davam etdirilməsi və ya ondan çıxmağın mümkünlüyü məsələsi hələ nəzərdən keçirilir.

Xatırladaq ki, iyunun 7-də Rusiya prezidenti Vladimir Putin "Açıq Səma Sazişi”nin denonsasiyası barədə qanun imzalayıb.

"Açıq Səma Sazişi” soyuq müharibədən sonra Avropada etimadın artırılması tədbirlərindən biri idi.

O, 34 üzv dövlətin bir-birinin hərbi qüvvələri və fəaliyyətləri barədə açıq şəkildə məlumat toplamağa imkan verir.
OXŞAR XƏBƏRLƏR