Bu gündən şagirdlərin elektron yerdəyişməsi prosesi başlanır

Bu gündən şagirdlərin elektron yerdəyişməsi prosesi başlanır
SOSİAL
09:01 23.10.2023
168
Bu gündən 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə start verilir.

Elm və Təhsil Nazirliyindən AZXEBER.COM-a bildirilib ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək.

Eyni zamanda müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlər də oktyabrın 23–31-i tarixlərində ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər.
Qeyd edək ki, 10-cu siniflərə şagirdlərin qəbulu da şagird yerdəyişməsi elektron sistemi (www.sy.edu.az) vasitəsilə aparılacaq.
OXŞAR XƏBƏRLƏR