Bu günə qədər amnistiya tətbiq edilənlərin sayı AÇIQLANDI

Bu günə qədər amnistiya tətbiq edilənlərin sayı AÇIQLANDI
SOSİAL
19:44 15.02.2022
268
Bu günə qədər Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri, həmçinin aidiyyəti məhkəmələr tərəfindən 12 570 nəfərə amnistiya tətbiq edilib.

Bu barədə AZXEBER.COM-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, proses "8 Noyabr - Zəfər günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Milli Məclisin 05.11.2021-ci il tarixli Qərarı çərçivəsində həyata keçirilib.

Amnistiya onlardan 5 009-u Penitensiar, 6 759-u Probasiya xidmətləri tərəfindən tətbiq edilib. Amnistiyanın tətbiqi nəticəsində 8 138 nəfər ayrı-ayrı cəzalardan azad edilib, 3 630 nəfərin isə cəzası azaldılıb.
OXŞAR XƏBƏRLƏR