“Bu günə qədər Ermənistanın hərəkətlərində beynəlxalq hüququn aliliyi təmin olunmayıb”

“Bu günə qədər Ermənistanın hərəkətlərində beynəlxalq hüququn aliliyi təmin olunmayıb”
SİYASƏT
19:18 17.10.2020
611

Real faktlar ondan ibarətdir ki, erməni silahlı qüvvələri Ermənistan ərazisində olan hərbi hissələrindən, raket-artilleriya bazalarından Azərbaycanın şəhərlərinə qarşı hücumlar həyata keçirirlər.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpus nümayəndələri və hərbi attaşelərə Ermənistanın Gəncəyə raket hücumları ilə bağlı məlumat verərkən bildirib.

O, Gəncədə təşkil etdiyi mətbuat konfransında bunları bildirib:

"Oktyabrın 4-dən etibarən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə hücumlar baş verib, bunların nəticəsində də mülki əhali arasında həlak olanlar və yaralananlar olub. Bir həftə bundan öncə də Gəncə şəhərində əhalinin ən sıx, ən kompakt məskunlaşdığı əraziləri Ermənistan silahlı qüvvələri ən təhlükəli raketlərdən biri olan "Scud” tipli operativ-ballistik raketlərlə atəşə tutmuşdu. Bu azmış kimi onlar növbəti hücumu da bu gün gecəyarısından sonra həyata keçirdi. Bugünkü hücumda raketlərdən ikisi müki əhalinin ən çox yaşadığı əraziyə düşüb və orada ağır fəsadlar törədib. İnsanların şəxsi mülkiyyətinə zərər dəymiş, ən faciəlisi isə odur ki, günahsız mülki insanlar həlak olmuşdur.

Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış stendlərdən də bilinir ki, həmin ərazilər əhalinin ən sıx məskunlaşdığı məntəqələrdir. Burada hər hansı bir hərbi obyekt, hərbi zərurət yoxdur, erməni silahlı qüvvələri hərbi peşəkarlıq prinsiplərindən kənara çıxaraq sırf mülki əhaliyə zərər yetirmək məqsədilə bu hücumları təşkil edib.

Beynəlxalq Humanitar Hüquq əsasında ermənilərin bu əməlləri müharibə cinayəti kimi qiymətləndirilməlidir. Bu, mülki əhaliyə qarşı həyata keçirilən terror siyasətidir. Bu, 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı faciəsindən sonra Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara qarşı keçirdiyi soyqırım, kütləvi təmizləmə əməliyyatlarının fərqli məzmunda, başqa formada, yəni raketlər vasitəsilə həyata keçirilməsidir. Biz bunu kəskin şəkildə qınayırıq və beynəlxalq ictimaiyyəti də kəskin şəkildə qınamağa çağırırıq.

Ermənistana qarşı siyasi-diplomatik təzyiqlərin olmaması, onların bu əməllərinin qınanılmaması erməniləri yeni-yeni cinayətlərə sövq edir. Əgər cinayət varsa, cəza da olmalıdır. Təkcə ölkədaxili, insanlararası münasibətlərdə deyil, dövlətlərarası münasibətlərdə də hüququn aliliyi qorunmalıdır. Təssüf hissi ilə qeyd etməliyik ki, bu günə qədər Ermənistanın Azərbaycana qarşı hərəkətlərində beynəlxalq hüququn aliliyi təmin olunmayıb. Bunun da müqabilində Ermənistan bugünkü əməllərini, cinayətlərini törətməkdə davam edir.

Biz bu faktları beynəlxalq ictimaiyyətə çatdırmalıyıq. Həqiqəti, faktı hamıya çatdırmaq lazımdır. Hansı ölkə nə kimi reaksiya verəcək, necə qarşılayacaq, hər bir ölkə öz vicdanı ilə qərar verir. Bizim borcumuz isə aidiyyəti üzrə bütün ictimaiyyətin diqqətini bu faktlara cəlb etməkdir. Bunu Ermənistan tərəf də yaxından müşahidə edir, onlar da görürlər ki, törətdikləri cinayətlər cavabsız qalmır. Bu cür səfərlərin təşkil olunması, addımların atılması bizim gələcəkdəki hüquqi bazamızın formalaşdırılmasına təsir edəcək. Bütün faktlar yerində görünür, sənədləşdirilir, qeydə alınır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran naviqasiyası söndürülmüş halda Hörmüzü keçən gəmilərə xəbərdarlıq edib
06:50 12.10.2026
İran naviqasiyası söndürülmüş halda Hörmüzü keçən gəmilərə xəbərdarlıq edib
İndoneziya sahillərində 5,8 maqnitudalı zəlzələ olub
06:38 12.10.2026
İndoneziya sahillərində 5,8 maqnitudalı zəlzələ olub
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb
06:23 12.10.2026
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb
Kiyevdə Cənub körpüsünə dron əleyhinə torlar quraşdırılıb
06:08 12.10.2026
Kiyevdə Cənub körpüsünə dron əleyhinə torlar quraşdırılıb
Uitkoff və Kuşner Moskvaya səfərlərini təxirə saldılar
05:50 12.10.2026
Uitkoff və Kuşner Moskvaya səfərlərini təxirə saldılar
İraqın baş naziri oktyabrın 14-də Səudiyyə Ərəbistanına səfər edəcək
05:38 12.10.2026
İraqın baş naziri oktyabrın 14-də Səudiyyə Ərəbistanına səfər edəcək
Aİ Ukraynaya raket və PUA alınması üçün əlavə maliyyə ayıracaq
05:23 12.10.2026
Aİ Ukraynaya raket və PUA alınması üçün əlavə maliyyə ayıracaq
Magyar: Macarıstan Rusiyadan enerji asılılığını azaltmağı planlaşdırır
05:12 12.10.2026
Magyar: Macarıstan Rusiyadan enerji asılılığını azaltmağı planlaşdırır
Səudiyyə Ərəbistanı və İran XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
05:00 12.10.2026
Səudiyyə Ərəbistanı və İran XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
Moskvaya uçan 25-dən çox təyyarə ehtiyat aerodromlara yönləndirilib
04:48 12.10.2026
Moskvaya uçan 25-dən çox təyyarə ehtiyat aerodromlara yönləndirilib
Karyerasındakı prinsipləri açıqladı - “Açıq-saçıq geyinmirəm...”
04:36 12.10.2026
Karyerasındakı prinsipləri açıqladı - “Açıq-saçıq geyinmirəm...”
Evini 3,2 milyona satır - Fotolar
04:20 12.10.2026
Evini 3,2 milyona satır - Fotolar
Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər
04:08 12.10.2026
Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər
10 ildən çoxdur puldan istifadə etmir: Bunu necə bacardığını açıqladı
03:50 12.10.2026
10 ildən çoxdur puldan istifadə etmir: Bunu necə bacardığını açıqladı
ABŞ Ukraynanı silah tədarükünü dayandırmaqla hədələyib
03:36 12.10.2026
ABŞ Ukraynanı silah tədarükünü dayandırmaqla hədələyib
Rusiyanın Ukraynanın iki şəhərinə zərbələri nəticəsində 6 nəfər ölüb, yaralılar var
03:22 12.10.2026
Rusiyanın Ukraynanın iki şəhərinə zərbələri nəticəsində 6 nəfər ölüb, yaralılar var