ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 1873 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub. AZXRBER.COM "Report"a istinadən xəbər verir ki, onlar 67 ölkənin vətəndaşlarıdır. Belə ki, fevralın 28-i saat 08:00-dən martın 8-si saat 10:00-a qədər sərhədi 309 Azərbaycan vətəndaşı keçib.