"Mən başa düşürəm, vəziyyət çətindir, sağlamlığımızı qorumalıyıq. Əlbəttə, tələblər qeyd-şərtsiz icra olunmalıdır. Amma sizdən xahiş edirəm, imkanınız çatırsa, maddi vəziyyətiniz imkan verirsə, müxtəlif heyvan sığınacaqlarına da yardımlar edəsiniz”.
AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Televiziyasının "Telesəhər” proqramının aparıcısı, tanınmış jurnalist Rəşad Mehdili deyib.
O, heyvan sığınacaqlarına dəstək olmaq təklifi irəli sürüb: "Bunlardan biri çox yaxından tanıdığım dostlarımın "Razinin itləri” sığınacağıdır”.
Rəşad Mehdili sığıncaqlara maddi dəstək ola bilməyənlərə isə artıq qalan yeməkləri zibil qutularına tökməməyi, ayrıca zibil qutularına yaxın bir küncə qoymalarını təklif edib. Onun sözlərinə görə, o qidanı mütləq bir sahibsiz it, pişik yeyəcək.