Bu gözəl səfir oldu - FOTO

DÜNYA
18:37 21.05.2014
3111
Azərbaycan tamaşaçasısına da yaxşı tanış olan məşhur türk aktrisası Tuba Büyüküstün UNICEF-in Türkiyədəki "Xoşməramlı səfiri" təyin edilib. 
ANS PRESS Türkiyə və xaricdə yaşayan uşaqlar üçün əlindən gələni edəcəyini bildirib. "Ən yaxın zamanda Somadakı uşaqları ziyarət edəcəm. Ana olaraq, hər şeydən öncə bir insan olaraq "Xoşməramlı səfir2 olmaq mənim üçün bir şərəfdir. Bu gündən etibarən uşaqların hüquqularının qorunması və yaxşılaşdırılması ilə bağlı işləyəcəm. İnsanlar hər zaman savaşın, təbii fəlakətin mərkəzinə düşə bilərlər. Bundan ən çox uşaqlar təsirlənir".
UNICEF-in Türkiyə təmsilçisi Ayman Abulaban da Türkiyənin ən gözəl qadınlarından birinin bu təkliflərini qəbul etməsindən məmnun olduqlarını dilə gətirib. O, uşaqların gələcəyini təminat altına almaq üçün layihələr gerçəkləşdirəcəklərini deyib.
Qeyd edək ki, T.Büyüküstün əkiz qız anasıdır.
OXŞAR XƏBƏRLƏR