İlin sonuncu tam ayı Əkizlər bürcündədir.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə türkiyəli astroloq Dinçer Güner öz sosial media hesabında açıqlama verib.
O, öz açıqlamasında bildirib:
"2 gün sonra başlayacaq bu astroloji hadisənin təsirləri dekabrın 25-nə kimi davam edəcək. Bu, 12 bürcün zehnində çılğın sualların olacağı, xəyalların, aldatmaların və gözləntilərin meydana çıxa biləcəyi bir dövrdür".
Astroloq Dinçer Güner baş verəcəkləri bir-bir izah edib və xəbərdarlıq etməyi də unutmayıb:
"Əkizlər bürcü məlumat toplamağı, suallar verməyi və müxtəlif perspektivləri araşdırmağı sevir. Bu tam ay zehni enerji ilə dolu olduğumuz bir dövrü təmsil edir.
Beyninizdə "Mən bu vəziyyəti necə həll edə bilərəm?”, "Başqa bucaqdan baxsam, nə görəcəyəm?” və ya "Yeni bir şey öyrənmək vaxtıdırmı?" kimi suallar dolaşa bilər.
Tam ayın təsiri ilə şifahi və yazılı ünsiyyətdə həyatımız sürətlənə bilər. Bir müddət gizlədilən bir həqiqət üzə çıxa bilər və ya uzun müddətdir gözlədiyiniz söhbət nəhayət baş tuta bilər.
Merkuri hələ də retro dövründədir. Ona görə də köhnə dostlarla bir araya gəlmək və ya yarımçıq layihəni başa çatdırmaq üçün əla vaxt ola bilər.
Neptun iştirak etdiyi üçün zehni qarışıqlıq və emosional həssaslıq gətirə bilər. Başınızda fırlanan fikirlər ürəyinizdə hiss etdiklərinizlə ziddiyyət təşkil edə bilər.
Ehtiyatlı olun, bu tam ayda anlaşılmazlıqlar və məyusluqlar da yarana bilər. İnsanlar həqiqəti gizlədə və ya istəmədən yanlış məlumat verə bilər, özünüzü ifadə edərkən aydın olmaqda çətinlik çəkə bilərsiniz və çaşqınlıq yarana bilər.
Tez-tez hesablama səhvləri, unutqanlıq, faktları görə bilməmək kimi problemlər yarana bilər. Ətrafımıza qarşı daha həssas ola bilərik".
Oksana