'Bu hadisənin cəzasız qalması mümkün deyil'

İDMAN
11:40 10.04.2012
1902
"Qalatasaray"ın baş məşqçisi Fateh Terim oyunçuları Milo ve Riera arasındakı davayla bağlı açıqlama verib. Terim olmuş bir hadisəni gizli saxlamağın lazımsız olduğunu deyib və media mənsublarını hadisə barədə məlumatlandırıb. Terim oyunçuların məşqdəki davasının soyunma otağında da davam etdiyini, məşqdəki mübahisədə deyil, bunun davamında anormallıq olduğunu bildirib. Baş məşqçi Melonun zərbəsiylə Rieranın qaşının partladığını deyib, amma yerlərdə sürünmə olmadığını vurğulayıb: "Lazım gəlsə, ikisini də buraya gətirər, öpüşüb barışmalarını istəyərdik. Amma doğrusu bu deyil. "Qalatasaray"ın nizam-intizam təlimatı var, ancaq bundan əvvəl öz dəyərləri var. Davranışı düzgün olmayan hər kəsə bu cəzalar veriləcək". Baş məşqçi iki oyunçunun da müqavilələrinə uyğun olaraq ən ağır pul cəzasına layiq görüləcəyini, sonra isə Manisadakı matça buraxılmayacaqlarını söyləyib. Terim oyunçuların ikisinə də bərabər cəza veriləcəyini, heç birinin məşqlərə buraxılmayacağını deyib.

OXŞAR XƏBƏRLƏR