Bu hallarda SMS icazə tələb olunmur

SOSİAL
20:22 02.07.2020
1334

Nazirlər Kabineti yanında Operativ Qərargah SMS-icazənin tələb olunmayacağı halları açıqlayıb. 

AZXEBER.COM-a daxil olan məlumata görə, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS - məlumatın göndərilməsi tələb olunmur.

 

Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS - məlumat göndərilmədən yaşayış yerini və olduğu yeri tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.

OXŞAR XƏBƏRLƏR

X Mostbet