Bu həftə nə ilə yadda qaldı? - Emin Əfəndi yazır

Bu həftə nə ilə yadda qaldı? - Emin Əfəndi yazır
SOSİAL
18:01 07.07.2023
751
Həftəyə quruyan Xəzərin əsəbi əsməcələri ilə başladıq. 

Quruya quruya hələ də bağlı olan  quru sərhədlərimizə çevrilən Xəzər dənizi bəlkə də bizə son xəbərdarlığını göndərdi. 

Bir anlıq bizi də əsməcə tutdu. Lakin, biz Xəzərə olan münasibətimizi yox, ev tikənlərin bizə münasibətini rəhbər tutaraq binalarımızı tərk edib, elə doğma tikililərimizin həyətinə 1-2 saatlıq pənah gətirdik. Sanki ev yıxılanda yerə yox, göyə yıxılır. 

Bütün qonşular bir-birinə qoşulub zəlzələnin təhlükəsindən və hələ də bitməmiş pandemiyanın acığına axır ki, Xəzər kimi quruyan qonşuluq münasibətlərini bir neçə saatlıq yada saldılar. 

Dünya siyasətində isə biz heç kimə qoşulmayıb böyük işlər görürük. Bu həftə Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlərinin görüşü keçirilib. Burada valideynlərimizin klassik "gedib orada  heç kəsə qoşulma ha” ifadəsi yadıma düşür. Böyüklər həmişə müdrik olub. Tariximiz də onu göstərir ki, ona buna qoşulub heç nəyə nail olmamışıq. Qoşulmadan isə artıq Qafqaz dağlarından Alp dağlarına barmaq silkələyə bilirik, təbii ki Alp dağlarının fransız qalan tərəfini nəzərdə tuturam. 

Bu həftə Elza Seyidcahan da Yazıçılar Birliyinə qoşuldu. Azərbaycan yazıçılarının bundan əvvəl nə dərəcədə birlik nümayiş etdirdiyini bilmirəm, amma bu məsələdə biraz birlikdən kənar fikirlər səsləndi, mövqelər  göründü. Vallah bu dəqiqə küçədə Azərbaycan Yazıçılar Birliyinin üzvlərindən kimi tanıyırsız sualını versək, ilk beşlikdə Elza xanımın adı olacaq. Ən azından onun şeirləri ölkəmizin  bir çox  kütləvi informasiya vasitələrində səslənib, görüntülənib və yaxud dərc olunub. Yazıçılar Birliyinin bütün üzvlərinə bunu arzu edirəm. Bəyənib bəyənməmək isə  zövq məsələsidir. Ən azı qalmaqallı adam deyil. Yazıçılar Birliyinin rəhbərliyi belə deyir. Rus demişkən "yaşayıb görərik”. 

Bu həftə Elza Seyidcahan yazıçılar birliyinə, Musa Qurbanlı İsveç klubuna, Arda Güler Real Madridə, Ebru Gündeş isə Şəmkirə gəldi. Çox istərdim ki, Madridi Şəmkirlə müqayisə edim, amma Madriddə kiçik toy yox, böyük futbol var. Şəmkirdə də vaxtı ilə kiçik toylardan böyük futbol olub. Yevlaxda da, Masallıda da, Lənkaranda da. Sonuncu ümumiyyətlə adına layiq quruyub getdi. İndi isə bizim oyunçular futbol agentlərinə qoşulub, Qoşulmama Hərəkatı ölkələrinin çempionatlarına üz tutduğu vaxtda Musa Qurbanlının İsveç, Mahir Emrelinin Xorvatiya çempionatında oynaması Azərbaycan futbolunun uğuru kimi qəbul olunur. 

Bu həftə də belə keçdi.
 
Emin Əfəndi
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan vətəndaşını döyüb eyvandan atdılar- Vəziyyəti ağırdır
10:46 19.03.2026
Azərbaycan vətəndaşını döyüb eyvandan atdılar- Vəziyyəti ağırdır
Bu şəxslərin əməkhaqqı sistemində böyük islahat: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı
10:41 19.03.2026
Bu şəxslərin əməkhaqqı sistemində böyük islahat: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı
AccessBank qeyri-iş günlərində müştərilərinin xidmətində olacaq
10:30 19.03.2026
AccessBank qeyri-iş günlərində müştərilərinin xidmətində olacaq
Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci
10:27 19.03.2026
Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci
Avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs saxlanıldı
10:23 19.03.2026
Avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs saxlanıldı
“Parla” təqaüd və inkişaf proqramına yeni qoşulan 50 tələbə qızla görüş keçirildi
10:18 19.03.2026
“Parla” təqaüd və inkişaf proqramına yeni qoşulan 50 tələbə qızla görüş keçirildi
Ali məktəblərdə təhsil haqları artacaq
10:16 19.03.2026
Ali məktəblərdə təhsil haqları artacaq
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
10:13 19.03.2026
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
Çöldə bahar, “İrşad”da isə Yaşıl Cümə havası var!
10:00 19.03.2026
Çöldə bahar, “İrşad”da isə Yaşıl Cümə havası var!
"İrandan Naxçıvana dron zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılmasını gözləyirik" - Nazir
09:51 19.03.2026
"İrandan Naxçıvana dron zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılmasını gözləyirik" - Nazir
FHN gücləndirilmiş rejimdə çalışacaq
09:48 19.03.2026
FHN gücləndirilmiş rejimdə çalışacaq
Azərbaycanda qısa iş günüdür - Sabahdan 11 günlük tətil başlayır
09:25 19.03.2026
Azərbaycanda qısa iş günüdür - Sabahdan 11 günlük tətil başlayır
Gəncədə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb
09:11 19.03.2026
Gəncədə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
08:46 19.03.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
Neft bazarında şok ssenari: Qiymət 200 dollara çata bilər
05:27 19.03.2026
Neft bazarında şok ssenari: Qiymət 200 dollara çata bilər
ABŞ vizasına 15 min dollar girov tələbi: Kimlərə şamil ediləcək?
03:42 19.03.2026
ABŞ vizasına 15 min dollar girov tələbi: Kimlərə şamil ediləcək?